ÜMUMİ TƏHSİL MƏKTƏBLƏRİNİN, LİSEY VƏ GİMNAZİYALARIN
I SİNFİNƏ ELEKTRON SƏNƏD QƏBULU SİSTEMİ



2019-2020-ci dərs ili üçün Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair

SUAL-CAVAB

Elektron sistem vasitəsilə I sinfə qəbul hansı rayon və şəhərləri əhatə edir?

www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrini, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

I sinfə şagird qəbulu hansı müddətlərdə həyata keçirilir?

Ərizələrin onlayn qeydiyyatı 13.03.2019-cu il tarixdən 15.09.2019-cu il tarixədək həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?

I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbulu necə həyata keçirilir?

2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların Azərbaycan bölməsi üzrə I sinfinə şagird qəbulu ümumi qaydada həyata keçirilir (Tədrisi xüsusi proqramla aparılan Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

Elektron sistem hansı zərurətdən tətbiq edilir?

I sinfə elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları hansılardır?

Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər müvafiq hüquqi-normativ aktlara əsasən həyata keçirilir.

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərə hansı imkanları verir?

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Məktəblərin seçimi hansı qaydada aparılır?

Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.

Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Alternativ qeydiyyat mərkəzlərində aparıla bilər.

Alternativ qeydiyyat mərkəzləri harada fəaliyyət göstərir?

I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə ərizə qəbulu üzrə müəyyənləşdirilmiş məktəblərdə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Yevlax və Samux rayonları üzrə I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə Alternativ qeydiyyat mərkəzi yaradılıb:

Bakı şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

Səbail rayonu üzrə
7 nömrəli tam orta məktəb
163 nömrəli tam orta məktəb
236 nömrəli tam orta məktəb

Nizami rayonu üzrə
129 nömrəli tam orta məktəb
145 nömrəli tam orta məktəb
214 nömrəli tam orta məktəb
272 nömrəli tam orta məktəb

Nəsimi rayonu üzrə
19 nömrəli tam orta məktəb
44 nömrəli tam orta məktəb
247 nömrəli tam orta məktəb

Yasamal rayonu üzrə
18 nömrəli tam orta məktəb
21 nömrəli tam orta məktəb
60 nömrəli tam orta məktəb

Nərimanov rayonu üzrə
57 nömrəli tam orta məktəb
82 nömrəli tam orta məktəb
177 nömrəli tam orta məktəb

Xətai rayonu üzrə
17 nömrəli tam orta məktəb
24 nömrəli tam orta məktəb
116 nömrəli tam orta məktəb
165 nömrəli tam orta məktəb
191 nömrəli tam orta məktəb

Sabunçu rayonu üzrə
69 nömrəli tam orta məktəb
74 nömrəli tam orta məktəb
75 nömrəli tam orta məktəb
78 nömrəli tam orta məktəb
128 nömrəli tam orta məktəb
130 nömrəli tam orta məktəb
170 nömrəli tam orta məktəb

Suraxanı rayonu üzrə
84 nömrəli tam orta məktəb
76 nömrəli tam orta məktəb
279 nömrəli tam orta məktəb
315 nömrəli tam orta məktəb
285 nömrəli tam orta məktəb

Qaradağ rayonu üzrə
110 nömrəli tam orta məktəb
180 nömrəli tam orta məktəb
195 nömrəli tam orta məktəb
228 nömrəli tam orta məktəb
274 nömrəli tam orta məktəb
288 nömrəli tam orta məktəb

Xəzər rayonu üzrə
136 nömrəli tam orta məktəb
156 nömrəli tam orta məktəb
181 nömrəli tam orta məktəb
234 nömrəli tam orta məktəb
120 nömrəli tam orta məktəb

Pirallahı rayonu üzrə
235 nömrəli tam orta məktəb

Binəqədi rayonu üzrə
83 nömrəli məktəb-lisey
102 nömrəli tam orta məktəb
182 nömrəli tam orta məktəb
297 nömrəli tam orta məktəb
313 nömrəli tam orta məktəb

Gəncə şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

10 nömrəli tam orta məktəb
16 nömrəli tam orta məktəb
25 nömrəli tam orta məktəb
26 nömrəli tam orta məktəb
41 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

6 nömrəli tam orta məktəb
16 nömrəli tam orta məktəb
23 nömrəli tam orta məktəb
34 nömrəli tam orta məktəb

Abşeron rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri:

Xırdalan şəhəri 4 nömrəli tam orta məktəb
Xırdalan şəhəri 6 nömrəli tam orta məktəb
Masazır kənd 3 nömrəli tam orta məktəb
Mehdiabad kənd 3 nömrəli tam orta məktəb
Qobu qəsəbəsi 2 tam orta məktəb
Saray qəsəbə 3 nömrəli tam orta məktəb

Samux rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri:

Samux şəhər 1 nömrəli məktəb-lisey
Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey
İnstitut qəsəbə tam orta məktəb
Sərkar kənd tam orta məktəb
Lüksenburq kənd tam orta məktəb
Qovlarsarı kənd tam orta məktəb
Poylu kənd tam orta məktəb
Əhmədbəyli kənd tam orta məktəb

Yevlax rayonu üzrə Alternativ qeydiyyat mərkəzləri:

Şəhər 1 nömrəli tam orta məktəb
Şəhər 2 nömrəli tam orta məktəb

Mingəşevir şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

Şəhər 1 nömrəli tam orta məktəb
Şəhər 4 nömrəli tam orta məktəb
Texniki-Humanitar lisey

Naftalan şəhəri üzrə Alternativ qeydiyyat mərkəzi:

İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb

Şirvan şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri:

Şirvan Şəhər Təhsil Şöbəsi
S.Hüseynov adına 1 nömrəli məktəb-lisey
E.İmanov adına 10 nömrəli tam orta məktəb
T.Bağırov adına 11 nömrəli tam orta məktəb
M.Osmanov adına 20 nömrəli tam orta məktəb

Elektron sistemdən istifadə ödənişlidirmi?

Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?

Mobil telefon və ya elektron poçt ünvanı.

Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu, ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?

Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbul üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:

  • valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanlar;
  • valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;
  • bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac varmı?

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?

Şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.

Valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbin digər müəllimlərindən birini seçə bilərmi?

Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?

2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək.

Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hara müraciət etməlidir?

Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydə düşür. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu zamanı müsahibə yalnız elektron şagird qəbulu aparılan rayon və şəhərlərdə təşkil ediləcək?

Xeyr, digər dildə tədris aparılan bölmə üzrə müsahibə bütün rayon və şəhərləri əhatə edəcək.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat valideynə nə zaman və necə bildiririləcək?

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların qeydiyyat necə aparılır?

Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, “Ərazi üzrə” bölməsi seçib, müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər.

Müsahibə zamanı uşaqlara hansı istiqamətdə suallar verilir?

Digər dildə tədris aparılan bölmə üzrə uşaqların məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən yoxlanılır.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur?

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideynin və uşağın şəxsiyyətini təsdiq sənəd gətirilməsi tələb edilir.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi ilə qane olmadıqda hara müraciət etmək olar?

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hər həftənin 3-cü və 5-ci günləri Rayon (Şəhər) Təhsil Şöbələrində (İdarələrində) təşkil edilmiş İşçi qruplarına müraciət edə bilər.

Valideynlərin (qanuni nümayəndələrin) qeydiyyat ünvanı lisey və gimnaziyalar üzrə müəyyən edilmiş əraziyə uyğundursa, digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi nəticəsində uğur qazanmayan uşaqlar həmin məktəbin Azərbaycan bölməsinə qəbul edilə bilərmi?

Bəli, uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandığı halda, növbəti addımlar hansılardır?

Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər.

Hansı halda digər dildə tədris aparılan bölmə üzrə qəbul müsahibədənkənar mümkündür?

Əgər uşaq ümumtəhsil məktəblərində digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alırsa, ona sistemdə məktəbin kateqoriyasından asılı olaraq sorğu yerləşdirmək hüququ verilir.

Azərbaycan bölməsi üzrə məktəbhazırlıq qrupunda təhsil alan uşaqların müsabiqdənkənar digər dildə tədris aparılan bölmə üzrə məktəb seçimi hüququ varmı?

Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki qeydiyyatını ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqların sorğusunu ləğv edib, başqa məktəb seçmək hüququ varmı?

Bəli. Bunun üçün sistemə əvvəl yerləşdirilmiş sorğu ləğv olunmalı, sonra kateqoriyasından asılı olaraq yeni məktəb seçilməlidir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşağın müsahibə mərhələsində iştirak etməsinə ehtiyac yoxdur.

Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları qəbulu necə həyata keçirilir?

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir.

Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və gimnaziyalara qəbulu mümkündürmü?

Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, “Gözləmə” menyusunu seçərək növbəyə yazılacaqdır. Digər dildə tədris aparılan bölmə seçildiyi halda müsabiqəyə yazıla bilər.

“Gözləmə” menyusu nədir?

2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər “Gözləmə” menyusu vasitəsilə növbəyə yazıla bilirlər.

“Gözləmə” menyusunda növbəlilik funksiyası hansı məktəblərə şamil edilir?

2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər “Gözləmə” menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilərlər.

I sinfə şagird qəbulu prosesində “Gözləmə” menyusu nə vaxt aktivləşir?

I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş məktəblər üzrə valideynin növbəyə yazılması üçün aktivləşir. “Gözləmə” menyusu vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələrin) yazıla bilir. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.
Onu da qeyd edək ki, yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul üstünlük hüququ əsasında aparılır. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarında, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində üstünlük hüququ əsasında şagird qəbulu aparılmır.

Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə “Gözləmə” menyusu nə vaxt aktivləşir?

Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə siniflər üzrə boş şagird yerləri olduqda valideynlərə aşağıdakı seçimlər verilir:

  • “üstünlük hüququm var” – Valideyn qeydiyyatdan keçib, ərazi üzrə məktəbə sorğu yerləşdirib, imtina cavabı aldığı halda növbəyə yazıla bilir;
  • “üstünlük hüququm yoxdur, növbəyə yazılıram” – Valideyn qeydiyyatdan keçib, məktəbə sorğu yerləşdirmədən birbaşa növbəyə yazıla bilir

Qeyd: Bu kateqoriyadan olan məktəblərdə şagird yerləri tutulduqdan sonra növbədə olan və prioritetlərə cavab verməyən sorğular silinir. Bu barədə valideynə bildiriş göndərilir.

Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdən şagird yerləri tutulduqdan sonra “Gözləmə” menyusu aktivləşəcəkmi?

Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə şagird yerləri tutulmuş məktəblər üçün valideyn növbəyə yazılır. Bu zaman növbəyə yazılmış bütün sorğular sistem tərəfindən yoxlanılır, qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşamayan valideynlərin (qanuni nümayəndələrin) növbəliliyi ləğv edilir və bu barədə müvafiq bildiriş göndərilir.

Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?

Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda valideyn başqa məktəb seçimi edə bilər.

Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa nə etmək lazımdır?

Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə müraciət etməli və yaxud məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ qeydiyyat mərkəzlərinə müraciət etməlidir.

I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
  • xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
  • digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
  • uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
  • 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
  • valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?

Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır?

Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.

Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində belə övladının qeydiyyatı mümkün olmayan valideyn hara müraciət edə bilər?

Təcrübə göstərir ki, bu kimi hallar yalnız bəzi valideynlərin müvafiq qaydalarla razılaşmaması səbəbindən yarana bilir. Bu kimi hallarda valideynlər 01.04.2019-cu il tarixdən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər. Onu da qeyd edək ki, Apelyasiya komissiyaları I sinfə qəbulun elektron qeydiyyat vasitəsilə həyata keçirildiyi bütün şəhər və rayonlarda fəaliyyət göstərir.

Apelyasiya komissiyaları harada fəaliyyət göstərir?

Apelyasiya komissiyaları aşağıdakı məktəblərdə fəaliyyət göstərir:
Bakı şəhəri üzrə:
Bakı Şəhəri 42 nömrəli tam orta məktəb (ünvan: Akademik Mirqasımov küçəsi 6)

Gəncə şəhəri üzrə:
Gəncə Dövlət Universiteti (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 187)

Sumqayıt şəhəri üzrə:
Sumqayıt Dövlət Universiteti (ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə)

Mingəçevir şəhəri üzrə:
Texniki-humanitar lisey (ünvan: Rəsul Rza küçəsi 14a)

Naftalan şəhəri üzrə:
İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb (ünvan: Şıxəli Qurbanov küçəsi 1)

Şirvan şəhəri üzrə:
Şirvan Şəhər Təhsil Şöbəsi (ünvan: Məmməd Əmin Rəsulzadə prospekti 10)

Abşeron rayonu üzrə:
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci (ünvan: Xırdalan şəhəri, 26-cı məhəllə)

Yevlax rayonu üzrə:
Şəhər 2 nömrəli tam orta məktəb (ünvan: Heydər Əliyev prospekti 66)

Samux rayonu üzrə:
1. Samux şəhər 1 nömrəli məktəb-lisey (ünvan: Heydər Əliyev prospekti 22)
2. Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey (ünvan: Qarayeri qəsəbəsi)
3. İnstitut qəsəbə tam orta məktəb (ünvan: İnstitut qəsəbəsi)

Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərlərmi?

Bəli.

Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?

Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.04.2019-cu il tarixdən həftənin II günü yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində, Gəncə Şəhər Təhsil İdarəsində, Mingəçevir Şəhər Təhsil Şöbəsində, Naftalan Şəhər Təhsil Şöbəsində, Şirvan Şəhər Təhsil Şöbəsində, Abşeron Rayon Təhsil Şöbəsində, Yevlax Rayon Təhsil Şöbəsində və Samux Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.04.2019-cu il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirməlidir.

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideyn məktəb seçimini necə olunur?

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiyaya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?

İlk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

I sinfə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?

  • Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinə;
  • Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya komissiyasına.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, eləcə də ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də sumgayıt@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Mingəçevir Şəhər Təhsil Şöbəsinin (0-2427) 5-47-65 nömrəli telefonu, eləcə də mingachevir@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Naftalan Şəhər Təhsil Şöbəsinin (0-2235) 2-30-64 nömrəli telefonu, eləcə də naftalan@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Şirvan Şəhər Təhsil Şöbəsinin (0-2121) 5-02-91 nömrəli telefonu, eləcə də shirvan@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də absheron@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Yevlax Rayon Təhsil Şöbəsinin (0-2233) 6-33-84 nömrəli telefonu, eləcə də yevlakh@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Samux Rayon Təhsil Şöbəsinin (0-2227) 51-159 nömrəli telefonu, eləcə də samukh@edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə: 146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi tam olaraq hansı halda başa çatmış hesab olunur?

Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi başa çatır.

Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.