ÜMUMİ TƏHSİL MƏKTƏBLƏRİNİN, LİSEY VƏ GİMNAZİYALARIN
I SİNFİNƏ ELEKTRON SƏNƏD QƏBULU SİSTEMİ

İstifadə qaydaları

Sistemdə qeydiyyat

Ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarına sorğu yerləşdirmək üçün Siz qeydiyyatdan keçməli və şəxsi kabinet yaratmalısınız. Bunun üçün əsas səhifənin, aşağısında yerləşən “Sistemdə qeydiyyat” linkinə daxil olun (Şəkil 1).

Əsas səhifə
Şəkil 1

DİQQƏT: Sistemdə qeydiyyat sərbəstdir, lakin unutmayın ki, uşaqları şəxsi kabinetdə qeydiyyatdan keçirmək və məktəbəhazırlıq üçün sorğu yerləşdirmək hüququ yalnız valideynə və ya qanuni nümayəndəyə aiddir. Əgər Siz valideyn və ya qanuni nümayəndə deyilsinizsə, uşağı qeydiyyatdan keçirmiş və məktəbəhazırlıq qrupuna qəbul üçün sorğu vermisinizsə, sənədlərin qəbulu zamanı məsul şəxs tərəfindən Sizin sorğunuza imtina ediləcəkdir.

Açılan pəncərədən müvafiq Rayonu/Təhsil şöbəsini seçməlisiniz (Şəkil 2).

Təhsil şöbəsi
Şəkil 2

Qeydiyyat proseduru 2 mərhələdən və aktivləşdirmədən ibarətdir.

Birinci mərhələdə sistem Sizə aşağıdakı üç sənədin əsasında onlayn qeydiyyatdan keçməyi təklif edir (onlardan yalnız birini seçmək olar):

  1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
  2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);
  3. BMT QAK-ın himayə sənədi

DİQQƏT: Valideynlərin/Qanuni nümayəndələrin onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün şəhər (rayon) üzrə alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.

Əgər Siz Azərbaycan Respublikasının vətəndaşısınızsa, şəxsiyyət vəsiqənizin Fərdi İdentifikasiya Nömrəsini (FİN kodu) daxil etməlisiniz. Fin kodu düzgün daxil etdikdən sonra, tapılan fərdi məlumatları təsdiq etməklə qeydiyyatın ikinci mərhələsinə yönləndiriləcəksiniz.

DİQQƏT: FİN kod şəxsiyyət vəsiqəsinin üz tərəfinin aşağı hissəsində yerləşir və 7 simvoldan ibarətdir (Şəkil 3. Köhnə nəsil şəxsiyyət vəsiqəsi)

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
Şəkil 3

Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi və BMT QAK-ın himayə sənədi əsasında qeydiyyatdan keçərkən bu sənədlərin uyğun seriya və nömrəsinin daxil edilməsi zəruridir.

Əgər məlumatlar düzgün daxil edilibsə və dövlət qeydiyyatı sistemində mövcuddursa, istifadəçi öz fərdi məlumatlarını görərək onları təsdiq etməlidir (Şəkil 4).

İstifadəçinin fərdi məlumatları
Şəkil 4

Tapılmış fərdi məlumatların təsdiqindən sonra istifadəçi əlaqə məlumatlarının daxil edilməsi mərhələsinə keçir. Əlaqə məlumatlarının doldurulması istifadəçinin identifikasiyası və qeydiyyat mərhələsindən sonra şəxsi kabinetə girişi üçün vacibdir. İstifadəçi hər iki sahəni və ya sahələrdən birini doldura bilər. Hər iki sahənin doldurulması mütləq deyil.

Məlumatları düzgün daxil etdikdən sonra şəxsi kabinetin aktivləşdirilməsi üçün aktivləşmə üsulunu seçmək təklif olunur. Əgər yalnız telefon və ya elektron ünvan daxil edilmişdirsə, aktivləşmə üsulu müəyyənləşir və istifadəçidən yalnız “Verifikasiya kodunu göndər” düyməsini sıxmaq tələb olunur (Şəkil 5).

Şəxsi kabinetin aktivləşdirilməsi
Şəkil 5

DİQQƏT: Qeydiyyat zamanı aktiv istifadə etdiyiniz mobil telefon nömrənizi və ya elektron ünvanınızı göstərməlisiniz. Əks təqdirdə, aktivləşdirmə kodu olan SMS –i almadığınız üçün məsuliyyət öz üzərinizdə qalacaq.

“Verifikasiya kodunu göndər” düyməsi sıxıldıqdan sonra istifadəçi aktivləşdirmə üsulundan asılı olaraq kodu ya SMS-lə, ya da elektron məktubla alacaq. Alınmış dörd rəqəmli kodu göstərilmiş sahədə qeyd etmək lazımdır (Şəkil 6).

Verifikasiya kodunun daxil edilməsi
Şəkil 6

Kodu düzgün daxil etdikdən sonra istifadəçi qeydiyyat prosesini başa çatdırmış olur. Şəxsi kabinetə giriş üçün şifrə telefonunuza və ya elektron ünvana göndərilir.

DİQQƏT: Şəxsi kabinetə giriş üçün qeydiyyatdan keçərkən istifadə olunan telefon nömrəsini və ya elektron ünvanınızı, eləcədə alınmış şifrəni istifadə etməlisiniz. Sistemə birinci dəfə girişdən sonra avtomatik şifrəni dəyişməniz və yeni şifrə təyin etməniz tövsiyə olunur. Şifrəni “Şəxsi məlumatlar” bölməsindən dəyişmək mümkündür.

Şəxsi kabinet aktivləşdirildikdən sonra istifadə olunmuş telefon nömrəsi ilə və ya elektron ünvanla təkrar qeydiyyat mümkün deyil.

DİQQƏT: Səbəbindən asılı olmayaraq heç kim (sistem administratoru belə) Sizdən şifrənizi tələb etmək hüququna malik deyil.

Əgər Siz qeydiyyatdan keçərkən zəruri sahələrdən birini boş saxlasanız və ya məlumatları düzgün daxil etməsəniz, sistem yanlışlıq haqqında bildiriş verəcək və səhv doldurulmuş sahəni “işıqlandıracaq” (Şəkil 7).

Yanlışlıq haqqında bildiriş
Şəkil 7

DİQQƏT: Əgər elektron ünvan vasitəsilə məktubu almamısınızsa, poçt ünvanınızın “Spam/Junk” qovluğunu yoxlayın. Bəzi poçt serverləri avtomatik məktubları “spam” kimi qiymətləndirərək onları müvafiq bölmələrə göndərə və ya silə bilər.

Şifrənin bərpa edilməsi

Sistemə girişlə əlaqədar problem yaranarsa, daxil etdiyiniz məlumatların düzgünlüyünü yoxlayın. Ola bilsin ki, klaviaturada dil düzgün seçilməyib və ya “CapsLock” düyməsi aktivdir. Əgər şifrəni unutmusunuzsa, “Şifrəni unutdum” linkinə daxil olmaqla şifrəni bərpa edə bilərsiniz. “Şifrəni unutdum” linki əsas səhifədə “Şifrəni daxil edin” sahəsinin altında yerləşir (Şəkil 8).

“Şifrəni unutdum” linki
Şəkil 8

Şifrəni qeydiyyat zamanı istifadə etdiyiniz telefon nömrəsi və ya elektron ünvanla bərpa etmək olar. Əgər qeydiyyat zamanı həm telefon nömrəsi, həm də elektron ünvan daxil edilmişdirsə, bu zaman şifrənin bərpası hər ikisi ilə də mümkündür. Şifrənin elektron ünvanı vasitəsilə bərpası zamanı daxil edilmiş ünvana xüsusi link göndəriləcəkdir. Siz bu linkə daxil olaraq avtomatik formalaşdırılmış yeni şifrənizi görə bilərsiniz (Şəkil 9).

Şifrənin bərpa edilməsi
Şəkil 9

Əgər şifrənin bərpası mobil telefon nömrəsi ilə həyata keçirilmişdirsə, yeni şifrə Sizə SMS vasitəsilə avtomatik göndəriləcəkdir.

DİQQƏT: Yeni şifrə vasitəsilə sistemə daxil olduqdan sonra şifrəni dəyişməyiniz və yeni şifrə təyin etməyiniz tövsiyə olunur. Şifrəni “Şəxsi məlumatlar” bölməsindən dəyişmək mümkündür.

Uşağı necə qeydiyyatdan keçirməli

Sistemdə övladınızı qeydiyyatdan keçirmək üçün “Uşaqların qeydiyyatı” (Şəxsi kabinetə giriş zamanı görünür) linkinə daxil olun və “Uşağı qeydiyyatdan keçirmək” düyməsini sıxın (Şəkil 10).

Uşaqların qeydiyyatı
Şəkil 10

Sistemdə qeydiyyat uşağın şəxsiyyətini təsdiq edən 4 növ sənəddən biri əsasında mümkündür. İstifadə olunan bütün növ sənədlərin qeydiyyatı avtomatik olaraq dövlət elektron məlumat sistemindən alınmış məlumatlar əsasında həyata keçirilir.

Əgər uşaq Azərbaycan Respublikasının vətəndaşıdırsa:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
  • Azərbaycan Respublikasının Doğum haqqında şəhadətnaməsi

Əgər uşaq Azərbaycan Respublikasının vətəndaşı deyilsə:

  • Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazə vəsiqəsi (olduğu təqdirdə)
  • BMT QAK-ın himayə sənədi

DİQQƏT: Uşaqların onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edilməlidir.

Sənədin növünü seçməklə və sənədin növündən asılı olaraq istifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu, sənədin seriyasını, nömrəsini və ya verilmə tarixini daxil etməlidir. Bəzi növ sənədlər üçün cins və doğum tarixi kimi məlumatları daxil etmək tələb olunur.

Əgər uşaq haqqında məlumat Dövlət Qeydiyyat sistemindən tapılmırsa nə etmək lazımdır?

  • Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini və Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazə vəsiqəsini aldığınız dövlət orqanlarına müraciət etməyiniz xahiş olunur.
  • Azərbaycan Respublikasının vətəndaşının Doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçən zaman məlumatlar tapılmazsa, Siz qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.
  • BMT QAK-ın himayə sənədi ilə qeydiyyatdan keçmək üçün +99412 441 23 11 və ya +99412 599 12 22 (daxili 6120; 6124) (BŞTİ) telefon nömrələrinə zəng edə bilərsiniz.

Müvafiq məlumatları daxil etdikdən və həmin məlumatlar müvəffəqiyyətlə alındıqdan sonra “Qohumluq dərəcəsi”ni qeyd edərək “Məlumatların düzgün daxil edildiyini təsdiq edirəm” düyməsini sıxın. Sistemdə uşağın məlumatlarının müvəfəqiyyətlə əlavə olunmasına dair məlumat görünəcək. “Bağla” düyməsi sıxıldıqdan sonra sistem sizi əsas səhifəyə yönləndirəcək. Həmin səhifədə sistemə daxil edilmiş uşaq haqqında məlumat və “Məktəbəhazırlıq qrupuna yazıl” düyməsi aktiv olacaq (Şəkil 11).

Qeydiyyatdan keçmiş uşaq
Şəkil 11

Uşaqların qeydiyyatdan keçməsi haqqında məlumat “Uşaqların qeydiyyatı” bölməsində yerləşir. Uşağın adı yazılmış sahəyə nəzər salmaqla onun məlumatlarına baxa bilərsiniz.

DİQQƏT: Əgər uşaq üçün heç bir məktəbin məktəbəhazırlıq qrupuna sorğu yerləşdirilməmişdirsə, ona dair məlumatları sistemdən silmək mümkündür.

DİQQƏT: Valideynin 3 uşağı qeydiyyatdan keçirmək hüququ vardır. Əlavə uşaq qeydiyyatdan keçirmək üçün uşağın sənədini skan olunmuş formada əlaqə bölməsinə yükləyə bilərsiniz.

Məktəbəhazırlıq qrupuna qəbul üçün sorğu necə göndərilməlidir?

Məktəbəhazırlıq qrupuna sorğu yerləşdirmək üçün əsas səhifədə yerləşən “Məktəbəhazırlıq qrupuna yazıl” düyməsini sıxın (Şəkil 12).

“Məktəb seçmək” düyməsini
Şəkil 12

Açılan pəncərədə sistem Sizə təlim dilini seçməyi təklif edəcək (Şəkil 13).

Şəkil 13

Daha sonra seçdiyiniz təlim dilinə uyğun məktəblərin siyahısı açılacaq (Şəkil 14).

Şəkil 14
Rayonlar üçün

Məktəb adının üzərindən sıxıb açılan pəncərədə istədiyiniz müəllimi seçib “məktəbəhazırlıq qrupuna yazıl” düyməsini sıxın (Şəkil 15).

Şəkil 15
Rayonlar üçün

Əgər prioritetlər əsasında şagird qəbulu aparılan məktəb seçmisinizsə, o zaman məktəb seçimi zamanı Sistem Sizə qeyd edilən prioritetlərdən birini seçməyi təklif edəcək. Yəni qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayırsınızsa - AZƏRİŞIĞIN abunə kodunu, digər övladınız həmin məktəbdə təhsil alırsa - uşağın adı, soyadı, ata adı və təhsil aldığı sinfi, valideynlərdən biri həmin məktəbdə işləyirsə - valideynin adı, soyadı, ata adı və vəzifəsi qeyd edilir. Qeyd edilən prioritetlərdən birini seçib müvafiq məlumatlar daxil edildikdən sonra Sizə sorğunuzun təsdiqi haqqında 3 iş günü ərzində bildiriş gələcək (Şəkil 16).

Şəkil 16

DİQQƏT: Qeyd etdiyiniz prioritet doğru olmadığı halda, Siz həmin ərazidə yerləşən digər ümumi təhsil məktəbinə sorğu yerləşdirməlisiniz.

Məktəbəhazırlıq qrupuna yazılmaq üçün sorğu yerləşdirdikdən sonra Şəxsi kabinetinizdə formalaşmış “Ərizəni çap et” düyməsini sıxaraq, çap edilmiş həmin ərizəni digər müvafiq sənədlərlə birlikdə ərizədə göstərilən tarixlərdə seçdiyiniz məktəbə təqdim edə bilərsiniz (Şəkil 17).

Şəkil 17
Rayonlar üçün

DİQQƏT: Sənədlərin məktəbə təqdim edilməsi zamanı çap edilmiş ərizə mütləqdir. Ərizədə valideynin və ya qanuni nümayəndənin, həmçinin məktəb direktorunun imzası vacibdir. Ərizə uşağın sənədlərinin məktəbə qəbulu üçün əsas sayılır. Ərizəni çap etməyə imkanınız olmadığı halda, məktəbdə çap etdirə bilərsiniz.

Sorğunu silmək istəyirsinizsə, aktiv blokun sağ hissəsində yerləşən “Sorğunu silmək” düyməsini sıxın (Şəkil 18).

Şəkil 18

Bu zaman mobil nömrənizə verifikasiya kodu göndəriləcək. Müvafiq kodu tələb olunan xanaya daxil etdikdən sonra sorğunuz silinəcək (Şəkil 19).

Şəkil 19

DİQQƏT: Sorğunu sildiyiniz halda, azad olmuş yer başqa istifadəçi tərəfindən tutula bilər.

Şəxsi məlumatların dəyişdirilməsi

“Şəxsi məlumatlar" bölməsindən qeydiyyat zamanı daxil edilmiş məlumatları redaktə edə, yenilərini (“Əlavə telefon nömrəsi” və s.) əlavə edə, həmçinin şifrəni dəyişə bilərsiniz (Şəkil 20)

“Şəxsi məlumatlar” bölməsi
Şəkil 20

Yeni şifrə də daxil olmaqla dəyişikliklərin yadda saxlanması üçün Siz cari şifrənizi daxil etməlisiniz.

Əlaqə

Əgər sistemin işi, məktəbə qəbul şərtləri, qaydaları və sairə haqqında suallarınız yaranarsa, “Əlaqə” bölməsinə daxil olmaqla müraciətlərinizi ünvanlaya bilərsiniz. Müraciətləriniz sistem administratoru tərəfindən cavablandırılacaq (Şəkil 21).

Əlaqə” bölməsi
Şəkil 21

Zərurət yarandıqda (administratorun tələbi ilə və ya təsvir edilmiş problemin daha aydın şəkildə ifadə olunması üçün) Siz administratora göndərmək üçün müraciətinizə fayl (həcmi 2 mb-dan çox olmayan *.jpg, *.pdf , *.doc/docx formatlı) əlavə edə bilərsiniz.

Xidmət administrasiya ilə danışıqların bütün tarixçəsinə baxmağa imkan verir. İstifadəçinin yazıları açıq, administrasiyanın yazıları isə tünd fonda əks olunur. Yüklənmiş fayllar göndəriş mətninin aşağı hissəsində müvafiq piktoqram şəklində yerləşir. Piktoqrammaya toxunmaqla faylı kompüterə yükləmək mümkündür.

DİQQƏT: Administratorla əlaqə zamanı aşağıdakı qaydalara riayət etməyiniz xahiş olunur: Problemi mümkün qədər təfərrüatı ilə təsvir edin, zəruri hesab edirsinizsə, yanlışlıq olduğunu göstərən monitorun skrinşotunu/faylı yükləyin. Bir neçə məktubu təkrar-təkrar göndərməyin, cavab gözləyin. Sizin birinci məktubunuzu yoxlamaq üçün administratora bir qədər vaxt lazımdır. Çox sayda məktubun göndərilməsi oxu prosesini çətinləşdirir və cavab vermə müddətini artırır.

Dəstəklənən brauzerlər

Sistemlə iş zamanı aşağıdakı brauzerlərdən istifadə tövsiyə edilir:

  • Google Chrome;
  • Opera;
  • Mozilla Firefox 10.0 və daha yeni versiyaları;
  • Internet Explorer 10.0 və daha yeni versiyaları.