ÜMUMİ TƏHSİL MƏKTƏBLƏRİNİN, LİSEY VƏ GİMNAZİYALARIN
I SİNFİNƏ ELEKTRON SƏNƏD QƏBULU SİSTEMİ

İstifadə qaydaları

Sistemdə qeydiyyat

Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu üçün işə başlamazdan əvvəl Siz qeydiyyatdan keçməli və şəxsi kabinet yaratmalısınız. Bunun üçün əsas səhifənin, aşağısında yerləşən “Sistemdə qeydiyyat” linkinə daxil olun (Şəkil 1).

Əsas səhifə
Şəkil 1

DİQQƏT: Sistemdə qeydiyyat sərbəstdir, lakin unutmayın ki, uşaqları şəxsi kabinetdə qeydiyyatdan keçirmək və məktəbə qəbul üçün sorğu yerləşdirmək hüququ yalnız valideynə və ya qanuni nümayəndəyə aiddir. Əgər Siz valideyn və ya qanuni nümayəndə deyilsinizsə, uşağı qeydiyyatdan keçirmiş və məktəbə qəbul üçün sorğu vermisinizsə, sənədlərin qəbulu zamanı məsul şəxs tərəfindən Sizin sorğunuza imtina ediləcəkdir.

Birinci sinfə şagird qəbulu üçün ərizələrin qeydiyyatının elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsi genişləndirilib. Ərizələrin onlayn qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini, Abşeron, Yevlax və Samux rayonlarında yerləşən ümumi təhsil müəssisələrini, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərini əhatə edir.
Siz açılan pəncərədən müvafiq Rayonu/Təhsil şöbəsini seçməlisiniz (Şəkil 2).

Təhsil şöbəsi
Şəkil 2

Qeydiyyat proseduru 2 mərhələdən və aktivləşdirmədən ibarətdir.

Birinci mərhələdə sistem Sizə aşağıdakı üç sənədin əsasında onlayn qeydiyyatdan keçməyi təklif edir (onlardan yalnız birini seçmək olar):

  1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
  2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);
  3. BMT QAK-ın himayə sənədi

DİQQƏT: Valideyinlərin/Qanuni nümayəndələrin onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyat haqqında məlumat almaq üçün +99412 441 23 11 və ya +99412 599 12 22 (daxili 6120; 6124) (BŞTİ); (0-22) 256-15-76 (GŞTİ); (018) 642-00-88 (SŞTİ); (0-2427) 5-47-65 (MŞTŞ); (0-2121) 5-02-91 (ŞŞTŞ); (0-2235) 2-30-64 (NŞTŞ) +994 12 342 29 06 (ARTŞ); (0-2233) 6-33-84 (YRTŞ); (0-2227) 51-159 (SRTŞ) telefon nömrələrinə zəng edə bilərsiniz.

Əgər Siz Azərbaycan Respublikasının vətəndaşısınızsa, şəxsiyyət vəsiqənizin FİN(PIN) kodunu daxil etməlisiniz. Kodu düzgün daxil etdikdən sonra, tapılan fərdi məlumatları təsdiq etdikdən sonra qeydiyyatın ikinci mərhələsinə yönləndiriləcəksiniz.

DİQQƏT: FİN(PIN) kod şəxsiyyət vəsiqəsinin üz tərəfinin aşağı hissəsində yerləşir və 7 simvoldan ibarətdir (Şəkil 3).

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
Şəkil 3

Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi və BMT QAK-ın himayə sənədi əsasında qeydiyyatdan keçərkən bu sənədlərin uyğun seriya və nömrəsinin daxil edilməsi zəruridir.

Əgər məlumatlar düzgün daxil edilibsə və dövlət qeydiyyatı sistemində mövcuddursa, istifadəçi öz fərdi məlumatlarını görərək onları təsdiq etməlidir (Şəkil 4).

İstifadəçinin fərdi məlumatları
Şəkil 4

Tapılmış fərdi məlumatların təsdiqindən sonra istifadəçi əlaqə məlumatlarının daxil edilməsi mərhələsinə keçir. Əlaqə məlumatlarının doldurulması istifadəçinin identifikasiyası və qeydiyyat mərhələsindən sonra şəxsi kabinetə girişi üçün mütləq vacibdir. İstifadəçi hər iki sahəni və ya sahələrdən birini doldura bilər. Hər iki sahənin doldurulması mütləq deyil.

Məlumatları düzgün daxil etdikdən sonra şəxsi kabinetin aktivləşdirilməsi üçün aktivləşmə üsulunu seçməyi təklif edir. Əgər yalnız telefon və ya elektron ünvan daxil edilmişdirsə, aktivləşmə üsulu məkt müəyyənləşir və istifadəçidən yalnız “Verifikasiya kodunu göndər” düyməsini sıxmaq tələb olunur (Şəkil 5).

Şəxsi kabinetin aktivləşdirilməsi
Şəkil 5

DİQQƏT: Qeydiyyat zamanı daim istifadə etdiyiniz mobil telefon nömrənizi və ya elektron ünvanınızı göstərməlisiniz. Əks təqdirdə, aktivləşdirmə kodu olan SMS –i almadığınız üçün məsuliyyət daşımırıq.

“Verifikasiya kodunu göndər” düyməsi sıxıldıqdan sonra istifadəçi aktivləşdirmə üsulundan asılı olaraq kodu ya SMS-lə, ya da elektron məktubla alacaq. Alınmış dörd rəqəmli kodu göstərilmiş sahədə qeyd etmək lazımdır.(Şəkil 6)

Verifikasiya kodunun daxil edilməsi
Şəkil 6

Kodu düzgün daxil etdikdən sonra istifadəçi qeydiyyat prosesini başa çatdırmış olur. Şəxsi kabinetə giriş üçün şifrə telefonunuza və ya elektron ünvana göndərilir.

DİQQƏT: Şəxsi kabinetə giriş üçün qeydiyyatdan keçərkən istifadə olunan telefon nömrəsini və ya elektron ünvanınızı, eləcədə alınmış şifrəni istifadə etməlisiniz. Sistemə birinci dəfə girişdən sonra avtomatik şifrəni dəyişməniz və yeni şifrə təyin etməniz tövsiyə olunur. Şifrəni “Şəxsi məlumatlar” bölməsində dəyişmək olar.

Şəxsi kabinet aktivləşdiriləndən sonra istifadə olunmuş telefon nömrəsi ilə və ya elektron ünvanla təkrar qeydiyyat mümkün deyil.

DİQQƏT: Səbəbindən asılı olmayaraq heç kim (sistemin administratorları da daxil olmaqla) Sizdən şifrənizi bildirməniz tələb etmək hüququna malik deyildir.

Əgər Siz zəruri sahələrdən birini boş saxlasanız və ya məlumatları düzgün daxil etməsəniz, sistem yanlışlıq haqqında bildiriş verəcək və səhv doldurulmuş sahəni “işıqlandıracaq” (Şəkil 7).

Yanlışlıq haqqında bildiriş
Şəkil 7

DİQQƏT: Əgər məktubu almamısınızsa, poçt ünvanınızın “Spam/Junk” qovluğunu yoxlayın. Bəzi poçt serverləri avtomatik məktubları “spam” kimi qiymətləndirərək onları müvafiq bölmələrə göndərə və ya silə bilər.

Şifrənin bərpa edilməsi

Sayta girişlə əlaqədar problem olarsa, daxil etdiyiniz məlumatların düzgünlüyünü yoxlayın. Ola bilsin ki, klaviaturada dil düzgün seçilməyib və ya “CapsLock” düyməsi aktivdir. Əgər şifrəni unutmusunuzsa, “Şifrəni unutdum” linkinə daxil olmaqla şifrəni bərpa edə bilərsiniz. O, əsas səhifədə “Şifrəni daxil edin” sahəsinin altında yerləşir (Şəkil 8).

“Şifrəni unutdum” linki
Şəkil 8

Şifrəni qeydiyyat zamanı istifadə etdiyiniz telefon nömrəsi və ya elektron ünvanla bərpa etmək olar. Əgər qeydiyyat zamanı həm telefon nömrəsi, həm də elektron ünvan daxil edilmişdirsə, bu zaman şifrənin bərpası hər ikisi ilə də mümkündür. Şifrənin elektron ünvanı vasitəsilə bərpası zamanı daxil edilmiş ünvana xüsusi link göndəriləcəkdir. Siz bu linkə daxil olaraq avtomatik formalaşdırılmış yeni şifrənizi görəcəksiniz (Şəkil 9).

Şifrənin bərpa edilməsi
Şəkil 9

DİQQƏT: Əgər məktubu almamısınızsa, poçt ünvanınızın “Spam/Junk” qovluğunu yoxlayın. Bəzi poçt serverləri avtomatik məktubları “spam” kimi qiymətləndirərək onları müvafiq bölmələrə göndərə və ya silə bilər.

Əgər şifrənin bərpası mobil telefon nömrəsi ilə həyata keçirilmişdirsə, yeni şifrə Sizə SMS vasitəsilə avtomatik göndəriləcəkdir.

DİQQƏT: Sistemə birinci dəfə girişdən sonra avtomatik şifrəni dəyişməniz və yeni şifrə təyin etməniz tövsiyə olunur. Şifrəni “Şəxsi məlumatlar” bölməsində dəyişmək olar.

Uşağı necə qeydiyyatdan keçirməli?

Övladınızın sistemdə qeydiyyatdan keçməsi üçün “Uşaqların qeydiyyatı” (Şəxsi kabinetə giriş zamanı görünür) linkinə daxil olun və “Uşağı qeydiyyatdan keçirmək” düyməsini sıxın (Şəkil 10).

Uşaqların qeydiyyatı
Şəkil 10

Sistemdə qeydiyyat uşağın şəxsiyyətini təs diq edən 4 növ sənəddən biri əsasında mümkündür. İstifadə olunan bütün növ sənədlərin qeydiyyatı avtomatik olaraq dövlət elektron məlumat sistemindən alınmış məlumatlar əsasında keçirilir.

Əgər uşaq Azərbaycan Respublikasının vətəndaşıdırsa:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
  • Azərbaycan Respublikasının Doğum haqqında şəhadətnaməsi

Əgər uşaq Azərbaycan Respublikasının vətəndaşı deyilsə:

  • Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazə vəsiqəsi (olduğu təqdirdə)
  • BMT QAK-ın himayə sənədi

DİQQƏT: Uşaqların onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.

Sənədin növünü seçməklə və sənədin növündən asılı olaraq istifadəçi FİN (PIN) kodu, sənədin seriyasını, nömrəsini və ya verilmə tarixini daxil etməlidir. Bəzi növ sənədlər üçün, cins və doğum tarixi kimi məlumatları daxil etmək tələb olunur.

Əgər uşaq haqqında məlumat Dövlət Qeydiyyat sistemindən tapılmırsa, nə etmək lazımdır?

  • Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini və Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazə vəsiqəsini aldığınız dövlət orqanlarına müraciət etməyiniz xahiş olunur.
  • Azərbaycan Respublikasının Doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçən zaman məlumatlar tapılmazsa, Siz qeydiyyatdan keçmək üçün alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz.
  • BMT QAK-ın himayə sənədi ilə qeydiyyatdan keçmək üçün +99412 441 23 11 və ya +99412 599 12 22 (daxili 6120; 6124) (BŞTİ) telefon nömrələrinə zəng edə bilərsiniz.

Məlumatlar müvəffəqiyyətlə alındıqdan və “Qohumluq dərəcəsini” seçildikdən sonra “Məlumatların düzgün daxil edildiyini təsdiq edirəm” düyməsini sıxın. Sistemdə uşağın məlumatlarının müvəfəqiyyətlə əlavə olunmasına dair məlumat görünəcək. “Bağla” düyməsi sıxıldıqdan sonra əsas səhifəyə yönəldiləcəksiniz. Həmin səhifədə sistemə daxil edilmiş uşaq haqqında məlumat və “Məktəb seçmək” düyməsi aktiv olacaq (Şəkil 11).

Qeydiyyatdan keçmiş uşaq
Şəkil 11

Uşaqların qeydiyyatdan keçməsi haqqında məlumat “Qeydiyyatdan keçmiş uşaqlar” bölməsində yerləşir. Uşağın adı yazılmış sahə üzərində sıxmaqla onun məlumatlarına nəzər sala bilərsiniz.

DİQQƏT: Əgər uşaq üçün heç bir məktəbə və ya liseyə sorğu yerləşdirilməmişdirsə, ona dair məlumatları sistemdən silmək mümkündür.

DİQQƏT: Valideynin 3 uşağı qeydiyyatdan keçirmək hüququ vardır. Əlavə uşaq qeydiyyatdan keçirmək üçün +99412 441 23 11 və ya +99412 599 12 22 (daxili 6120; 6124) (BŞTİ); (0-22) 256-15-76 (GŞTİ); (018) 642-00-88 (SŞTİ); (0-2427) 5-47-65 (MŞTŞ); (0-2121) 5-02-91 (ŞŞTŞ); (0-2235) 2-30-64 (NŞTŞ) +994 12 342 29 06 (ARTŞ); (0-2233) 6-33-84 (YRTŞ); (0-2227) 51-159 (SRTŞ) telefon nömrələrinə zəng edə bilərsiniz.

Məktəb necə seçilməlidir?

2018/2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə sistemdə avtomatik elektron sorğu yaratmaqla həyata keçirilir. 11.03.2019-cu il tarixdən Sistem tərəfindən sorğu yerləşdirildikdən sonra valideyn 13.03.2019-cu il tarixə kimi Şəxsi kabinetdən ərizəni çap edə bilərsiniz. Valideyn seçimini dəyişmək istədiyi təqdirdə 13.03.2019-cu il tarixdən “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər.

Məktəbin seçilməsi üçün “Məktəb seçmək” düyməsini sıxın (Şəkil 12).

“Məktəb seçmək” düyməsini
Şəkil 12

Açılmış səhifədə Sizə məktəbin növünü göstərmək təklif ediləcək. Açılmış səhifədə təhsilin təşkili formasını seçin.
Sistemdə təhsilin təşkilinin 2 forması mövcuddur:

1. Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmək istəyirsinizsə “Ümumi təhsil” bəndini seçin (Şəkil 13).

Şəkil 13

İstədiyiniz təlim dilini seçib “İrəli” düyməsini sıxın (Şəkil 14).

Şəkil 14

Siz təlim dili olaraq Azərbaycan bölməsi seçmisinizsə, açılan pəncərədə aşağıdakı seçimlər təklif ediləcək.

1. “Müsabiqə yolu ilə qəbul” bölməsi- Əgər Siz Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbini seçirsinizsə həmin xananın üzərinə vurub “İrəli” düyməsini sıxın (Şəkil 15).

Şəkil 15

Açılan pəncərədə istədiyiniz liseyi seçib “Müsabiqəyə yazıl” düyməsini vurmaqla müsabiqəyə yazıla bilərsiniz (Şəkil 16).

Şəkil 16

DİQQƏT: Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyasını seçdiyiniz zaman müvafiq ixtisas sahəsini seçdikdən sonra “Müsabiqəyə yazıl” düyməsini sıxın

“Ümumi qaydada” bölməsi - Əgər Siz Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyaları, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyi və digər ümumtəhsil məktəblərini seçmək istiyirsinizsə, həmin xananın üzərinə vurub “İrəli” düyməsini sıxın (Şəkil 17).

Şəkil 17

Açılan pəncərədə müvafiq Təhsil şöbəsinə (idarəsinə) uyğun inzibati rayonu seçin. Məktəb adının üzərindən sıxıb açılan pəncərədə istədiyiniz müəllimi seçib “sorğunu yerləşdir” düyməsini sıxın.
Əgər prioritetlər əsasında şagird qəbulu aparılan məktəb seçmisinizsə, o zaman məktəb seçimi zamanı Sistem Sizə qeyd edilən prioritetlərdən birini seçməyi təklif edəcək. Yəni qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayırsınızsa, AZƏRİŞIĞIN abunə kodunu, digər övladınız həmin məktəbdə təhsil alırsa, uşağın adı, soyadı, ata adı, doğum tarixi və təhsil aldığı sinif və ya valideynlərdən biri həmin məktəbdə işləyirsə valideynin adı, soyadı, ata adı və vəzifəsi qeyd edilir. Qeyd edilən prioritetlərdən birini seçib müvafiq məlumatlar daxil edildikdən sonra Sizə sorğunuzun təsdiqi haqqında 3 iş günü ərzində bildiriş gələcək (Şəkil 18).

Şəkil 18

DİQQƏT: Qeyd etdiyiniz prioritet doğru olmağı halda, Siz həmin ərazidə yerləşən digər ümumtəhsil məktəbinə sorğu yerləşdirməlisiniz.

Şəxsi kabinetinizdə formalaşmış “Ərizəni çap et” düyməsini sıxaraq və müvafiq sənədlərlə birlikdə ərizədə göstərilən tarixlərdə seçdiyiniz məktəbə təqdim edə bilərsiniz (Şəkil 19).

Şəkil 19

Siz təlim dili olaraq Rus bölməsi seçmisinizsə, açılan pəncərədə Sizə aşağıdakı seçimlər təklif ediləcək (Şəkil 20).

Şəkil 20

1. ”Lisey və gimnaziyalar” xanası- Əgər Siz Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyaları, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziyanın rus bölməsini seçirsinizsə, o zaman həmin xanının üzərinə vurub, “İrəli” düyməsini sıxın. Açılan pəncərədə Sizdən həmin məktəblərə qəbul qaydasını seçmək tələb olunur (Şəkil 21).

Şəkil 21

“Müsabiqə yolu ilə qəbul” xanası - qeydiyyat ünvanı üzrə həmin lisey və gimnaziyaların müəyyən edilmiş ərazisində yaşamayan valideynlər (qanuni nümayəndələr) uşaqlarının həmin lisey və gimnaziyalara qəbulu üçün yalnız müsabiqə yolu ilə xanasını seçin, “İrəli” düyməsini sıxın. Açılan pəncərədə seçdiyiniz liseyin üzərinə vurub, “Müsabiqəyə yazıl” düyməsini sıxılır. Sizə 20 may 2019-cu il tarixdən sonra müsabiqənin tarixi və yeri haqqında bildiriş göndəriləcəkdir (Şəkil 22).

Şəkil 22

“Ərazi üzrə” xanası - Valideynləri (qanuni nümayəndələrin) qeydiyyat ünvanı üzrə həmin lisey və gimnaziyaların müəyyən edilmiş ərazisində yaşadığı halda, lisey və gimnaziyaların təşkil etdiyi müsahibədə iştirak etmək hüququ qazanır. Əgər Siz qeydiyyat ünvanı üzrə seçdiyiniz lisey və gimnaziyanın müəyyən edilmiş ərazisində yaşayırsınızsa, “Ərazi üzrə” xanasını seçib, “İrəli” düyməsini sıxın, açılan pəncərədə AZƏRİŞIĞIN abunə kodunu yazıb, “sorğunu yerləşdirin” düyməsini sıxın. Sizə məktəbin ərazisində yaşayıb-yaşamamağınız barədə 3 iş günü ərzində bildiriş gələcək. Əgər Siz qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyənləşdirilmiş ərazisində yaşayırsınızsa, o zaman Sizin övladınız lisey və ya gimnaziyaların təşkil etdiyi müsahibədə iştirak etmək hüququ əldə edir. Əks halda, Siz seçdiyiniz liseyin yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərsiniz (Şəkil 23).

Şəkil 23

2. “Məktəblər” xanası - Əgər Siz ümumtəhsil məktəblərinin rus bölməsi üzrə müsahibəyə yazılmaq istəyirsinizsə, o zaman “Məktəblər” xanasını seçib, “İrəli” düyməsini sıxın (Şəkil 24).

Şəkil 24

Siz Bakı şəhəri üzrə ümumi təhsil məktəblərini seçmisinizsə, sistem Sizə Bakı şəhərinin inzibati rayonları üzrə Müsahibə komissiyalarından birini seçməyi təklif edəcək. Həmin pəncərədə məktəbin xəritədə yerləşdiyi ünvan nişan şəkilində, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilmişdir. Əgər Siz Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron, Yevlax və Samux rayonlarında ümumi təhsil məktəbi seçmisinizsə, sistem Sizə həmin rayon və şəhərlərin Müsahibə komissiyalarından birini seçməyi təklif edəcək (Şəkil 25).

Şəkil 25

Övladınız rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədən uğur qazandığı halda, məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçirilir. Əks halda, Siz yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərsiniz.


DİQQƏT: Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq rus bölməsinin müsahibəsində yalnız bir dəfə iştirak edə bilər.


2. Xüsusi təhsil
Əgər təhsil forması kimi “xüsusi təhsil” forması seçib Sistemdə qeydiyyatdan keçmisinizsə, Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər Psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməlisiniz. Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı verildikdən sonra sənədlər məktəbə təqdim olunur. (Şəkil 26).

Şəkil 26

Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.04.2019-cu il tarixdən həftənin II günü valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədlə Şəhər (Rayon) Təhsil İdarələrində (Şöbələrində) yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur (Şəkil 27).

Şəkil 27

Sorğunun yerləşdirilməsi uğurla başa çatıbsa, şəxsi kabinetdə yuxarı hissədə sənədlərin qəbulu, yeri və vaxtı haqqında məlumatı əhatə edən bildiriş və məktəbə təqdim etmək üçün ərizə forması görünəcək (Şəkil 28).

Şəkil 28

DİQQƏT: Sənədlərin məktəbə təqdim edilməsi zamanı çap edilmiş ərizə mütləqdir. Ərizədə valideynin və ya qanuni nümayəndənin, həmçinin məktəb direktorunun imzası vacibdir. Ərizə uşağın sənədlərinin məktəbə qəbulu üçün əsas sayılır. Ərizənin çapına imkanınız olmadığı halda, məktəbdə çap etdirə bilərsiniz.

Ərizəni silmək istəyirsinizsə, aktiv blokun sağ hissəsində yerləşən “Sorğunu silmək” linkini sıxın. Bu zaman mobil nömrənizə verifikasiya kodu göndəriləcək. Kodu daxil etdikdən sonra sorğunuz silinəcək.

DİQQƏT: Ərizəni sildiyiniz halda, azad olmuş yer başqa istifadəçi tərəfindən tutula bilər.

Şəxsi məlumatların dəyişdirilməsi

“Şəxsi məlumatlar" bölməsində Siz qeydiyyat zamanı daxil edilmiş məlumatları redaktə edə, yenilərini (“Əlavə telefon nömrəsi” və s.) göstərə, həmçinin şifrəni dəyişə bilərsiniz (Şəkil 29).

“Şəxsi məlumatlar” bölməsi
Şəkil 29

Yeni şifrə də daxil olmaqla dəyişikliklərin yadda saxlanması üçün Siz cari şifrənizi daxil etməlisiniz.

Əlaqə

Əgər sistemin işi, məktəbə qəbul şərtləri, qaydaları və sairə haqqında suallarınız yaranarsa, “Əlaqə” bölməsinə daxil olmaqla yaza bilərsiniz. Suallarınız sistem adminstratoru tərəfindən cavablandırılacaq (Şəkil 30).

Əlaqə” bölməsi
Şəkil 30

Zərurət yarandıqda (administratorun tələbi ilə və ya təsvir edilmiş problemin daha aydın şəkildə ifadə olunması üçün) Siz administratora göndərmək üçün fayl (həcmi 2 mb-dan çox olmayan *.jpg, *.pdf , *.doc/docx formatlı) yükləyə bilərsiniz.

Xidmət administrasiya ilə danışıqların bütün tarixçəsinə baxmağa imkan verir. İstifadəçinin yazıları açıq, administrasiyanın yazıları isə tünd fonda əks olunur. Yüklənmiş fayllar göndəriş mətninin aşağı hissəsində müvafiq piktoqramm şəklində yerləşir. Piktoqrammaya toxunmaqla faylı kompüterə yükləmək mümkündür.

DİQQƏT: Administratorla əlaqə zamanı aşağıdakı qaydalara riayət etməniz xahiş olunur: Problemi mümkün qədər təfərrüatı ilə təsvir edin, zəruri hesab edirsinizsə, yanlışlıq olduğunu göstərən monitorun skrinşotunu/faylı yükləyin. Bir neçə məktubu təkrar-təkrar göndərməyin, cavab gözləyin. Sizin birinci məktubunuzu yoxlamaq üçün administratora bir qədər vaxt lazımdır. Çox sayda məktubun göndərilməsi oxu prosesini çətinləşdirir və cavab vermə müddətini artırır.

Dəstəklənən brauzerlər

Sistemlə iş zamanı aşağıdakı brauzerlərdən istifadə tövsiyə edilir:

  • Google Chrome;
  • Opera;
  • Mozilla Firefox 10.0 və daha yeni versiyaları;
  • Internet Explorer 10.0 və daha yeni versiyaları.